- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

“Qəbələ”nin öz yetirməsi Samir Qurbanovu icarəyə verib. Allsport.az saytı xəbər verir ki, 19 yaşlı cinah yarımmüdafiəçisi karyerasını 1-ci divizionda, “Kəpəz”də davam etdirəcək. O, cari mövsümün sonunadək Gəncə klubunun formasını geyinəcək.
Xatırladaq ki, futbolçu keçən il Çex Respublikasının “Viktoriya Jijkov” klubuna keçsə də, orda çox qalmayıb. Bu il ölkəyə qayıdan U-19 yığmamızın üzvünün adı cari mövsüm “Qəbələ”nin iştirak ərizəsində olsa da, debüt etməyib.