“Qəbələ” “Qalatasaray”a məğlub oldu

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirinin açılış günündə iki oyun keçirib. Allsport.az xəbər verir ki, ilk matçda “Berlin Türkiyəmspor”la (Almaniya) qarşılaşan “qırmızı-qaralar” meydançadan minimal üstünlüklü qələbə ilə ayrılıblar – 1:0. Komandamızın yeganə qoluna Ruslan İsmayılov imza atıb.

Günün ikinci oyununda “Qəbələ” turnirin iddialı kollektivlərindən olan yerli “Qalatasaray”la üzləşib. Matç istanbulluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ülfət Mədətovun komandası növbəti iki oyununu bu gün keçirəcək. Təmsilçimiz saat 17:45-də “Seyrantəpəspor”, 19:15-də “Özərspor”u sınağa çəkəcək. Aprelin 1-də baş tutacaq son turda “Nordsyelland”la (Danimarka) üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.

Həmin kateqoriyadan