«Qəbələ» rəsmiləri Avropa Azərbaycan Məktəbində

“Qəbələ” İdman Klubunun rəsmiləri – futbol direktoru Toni Adams, kommersiya direktoru Mustafa Aztopal, marketinq meneceri Səməd Nəsibov aprelin 28-də Avropa Azərbaycan Məktəbinin (AAM) qonağı olublar. Allsport.az saytı xəbər verir ki, məktəbin hər iki tədris binasında təşkil edilən görüşlərdə şagirdlər və işçi heyət ilə görüş keçirilib.

Məktəbin direktoru Qrem Pollok çıxış edərək qonağı salamlayıb, dünya futbolunun canlı əfsanəsi Toni Adams haqqında şagirdlərə məlumat verib. Şagirdlər uzun illər İngiltərə yığma komandasının və Londonun “Arsenal” klubunun şərəfini qorumuş məşhur futbolçu haqqında videoçarx izləyiblər. Daha sonra Toni Adams şagirdləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə “Qəbələ” İdman Klubunun kommersiya direktoru Mustafa Aztopal çıxış edərək klubun tanıdılması istiqamətində Qəbələ şəhərinin məktəblərində aparılan işlər haqqında məlumat verib. “Qəbələ” Klubu analoji addımı burada da ataraq hər bir məktəbliyə hədiyyələr təqdim edib. Toni Adams isə ona verilən ən yaxşı sualın müəllifini mükafatlandırıb. “Nəyə görə Arsenalı seçdiniz” sualını Toni Adamsa ünvanlayan şagird əfsanəvi futbolçunun imzalı formasını əldə edib.

Həmin kateqoriyadan