“Qəbələ” Türkiyədə daha iki qələbə qazandı

“Qəbələ” Türkiyədə daha iki qələbə qazandı

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirində növbəti oyunlarını keçirib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” qrup mərhələsinin 3-cü matçında Danimarka təmsilçisi “Nordsyelland”a 0:2 hesabı ilə uduzsa da, son iki turda maksimum nəticə göstərib.

“Özərspor”u Ruslan İsmayılov və Rauf Məhərrəmovun qolları ilə 2:1 məğlub edən komandamız ardınca “Seyrantəpəspor”la görüşüb. Bu matçın taleyini Bayraməli Qurbanovun qolu həll edib – 1:0.

İlk oyun günündə “Berlin Türkiyəmspor”u 1:0 hesabı ilə məğlub edib, “Qalatasaray”dan 2 cavabsız qol buraxan Ülfət Mədətovun komandası qrup mərhələsini 9 xalla başa vurub.

Beləliklə, 6 komandanın iştirak etdiyi qrupda 3-cü yeri tutan “Qəbələ” 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. “Qırmızı-qaralar” aprelin 2-dəki ilk matçında “Osmanlıspor”la qarşılaşır.

Həmin kateqoriyadan