“Qəbələ”nin 15-ci startı

Avqustun 21-də premyer liqada 2020-2021-ci illər mövsümü başlayacaq. Allsport.az xəbər verir ki, 29-cu ölkə çempionatı “Qəbələ” üçün yubileylə əlamətdar olacaq.

Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 15-ci dəfə güclülərin mübarizəsinə qatılacaq.

Komanda indiyədək 14 dəfə premyer liqada (əvvəlki güclülər dəstəsi) qüvvəsini sınayıb. “Qəbələ” bu çempionatlarda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

Arxada qalan 14 mövsümdə komanda 412 matça çıxıb. Bu görüşlərdə 166 qələbə qazanan “Qəbələ” 107 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 139 dəfə məğlubiyyətlə üzləşib. 505 qol vuran bölgə təmsilçisi 444 top buraxıb. 

2006/07 24441617-4720XI yer 
2007/08 261131233-36 36VI yer
2008/0926961128-2133X yer 
2009/1032131036-3649VI yer 
2010/11321312 31-1851VII yer 
2011/12321510 43-32 52V yer
2012/13321081432-4038VI yer
2013/14 361871148-3661III yer 
2014/15321546-35 54III yer 
2015/16361611944-2859III yer
2016/17281410446-2152II yer
2017/1828147743-2649II yer
2018/1928991031-3336IV yer
2019/2020541125-3519VIII yer 
Cəmi412166107139505-444605 

Həmin kateqoriyadan