- Baxış sayı: 35
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirədən sonra ölkə kubokunun 1/2 finalının oyunları ilə bağlı qərarlar qəbul edilib:
“Qarabağ” – “Qəbələ” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra ev sahiblərindən Markos Madera aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.
Görüşün 75-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün, 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.