- Baxış sayı: 34
- 26 İyun 2026 14:48
- Baxış sayı: 34
- İyun 26, 2026
- 0

“Qəbələ”nin hücumçusu Ərmin Zets vaxtilə şərəfini qoruduğu Türkiyənin “Balıkəsirspor”dan ona olan borcunun ödənilməsini tələb edir. Allsport.az xəbər verir ki, sözügedən klub bu oyunçuya 1,8 milyon avro borcludur.
Futbolçu artıq bununla bağlı FİFA-ya da şikayət ünvanlayıb. Məlumatı Türkiyə mətbuatı yayıb. Qeyd edək ki, Zets “Qəbələ”yə bu yay məhz “Balıkəsirspor”dan keçmişdi.