“Qəbələ”nin qızları mükafatlandırılıb

AFFA-nın inzibati binasında qızlar liqalarında fəaliyyət göstərən məşqçilərin iştirakı ilə iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda ilin yekunları ilə bağlı fikir mübadiləsi aparılıb, yeni mövsümlə bağlı təkliflər səsləndirilib, dəyişikliklər haqda məlumat verilib.

Sonra yüksək liqanın 2016/17-ci il mövsümündə yüksək yerləri tutan komandaların mükafatlandırması olub. “Qəbələ”, “Fidan” və “Sumqayıt” komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim edilib.

Liqanın ən yaxşı oyunçusu Vüsalə Seyfəddinova (“Sumqayıt”), ən yaxşı məşqçisi isə Dilarə Əhmədova (“Qəbələ”) seçilib. Mövsüm ərzində 21 qol vuran Süsən Mənsimzadə (“Fidan”) isə liqanın ən sərrast futbolçusu olub.

Mükafatları icraiyyə komitəsinin üzvü Vaqif Sadıqov, baş katibin müavini Sərxan Hacıyev və müğənni Samirə Allahverdiyeva təqdim ediblər.

Həmin kateqoriyadan