Qadın sablyaçılar dünya kubokunda 5-ci yer tutub

Tunisin Hammamet şəhərində qadın sablyaçıların dünya kubokunda komanda yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət millimiz ilk görüşdə Özbəkistan komandasına 45:32 qalib gələrək, ən güclü 16-lığa yüksəlib.

Növbəti görüşündə ispaniyalə həmkarkarı ilə qarşılaşan qılıncoynadanlarımız, gərgin və maraqlı mübarizədə 45:44 seviniblər. Seçməmiz 1/4 finalda Fransa yığmasına 34:45 uduzub.

5-6-cı yerlər uğrunda Bolqarıstan komandasına 45:37 hesabı ilə qalib gələn qızlarımız, ardınca Polşanı 45:42 məğlub ediblər.

Həmin kateqoriyadan