- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Məşhur türkiyəli siyasətçi Sinan Oğan, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi qadağalar səbəbindən Türkiyə superkuboku çərçivəsində təxirə salınan “Qalatasaray” – “Fənərbağça” oyunu barədə “X” platformasında paylaşım edib.
Allsport.az xəbər verir ki, o, matçın yurd dışında təşkilinin şərt olduğunu nəzərə alıb, görüşün Xankəndi şəhər stadionunda keçirilməsini təklif edib: “Əks halda, bu final Türkiyənin paytaxtına yaraşır”.
Sinan Oğan son prezident seçkilərində namizədlərdən biri olub. 2-ci turda Türkiyə cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın xeyrinə geri çəkilib.