- Baxış sayı: 54
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 568
- Avqust 12, 2026
- 0

“Qalatasaray” yeni mövsümdə Xordi Albanı sol cinah müdafiə sahəsinə transfer etmək üçün hərəkətə keçib. Allsport.az saytı xəbər verir ki, mövsümün qalan hissəsini Adekuqbe ilə daşıyacaq “aslanlar” yeni dövrdə həmin bölgə üçün dünyaca məşhur futbolçunu nəzərdən keçirir. Yaxın günlərdə transfer üçün rəsmi addımların atılacağı gözlənilir.
33 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2024-cü ildə başa çatacaq. O bu mövsüm 21 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Uzun müddət İspaniya millsində çıxış edən Albanın hazırkı bazar dəyəri 5 milyon avro müəyyənləşib. Xordi yığmada 91 matçda 10 qol vurub.