“Qalatasaray” və Fənərbağça” istəmişdi! 20 yaşlı hücumçunun yeni komandası bəllidir

Qəhrəmanmaraşda baş verən 7,7 bal gücündə zəlzələlər ümumilikdə 10 əyalətdə ciddi dağıntılara səbəb olub. Allsport.az saytı xəbər verir ki, çox sayda insanın həyatını itirdiyi fəlakətdə yara alan “Ataqaş Hatayspor”, superliqadan çəkilib. Xatay təmsilçisi futbolçularını oynaya biləcəkləri komandalara göndərməyə başlayıb.

Baş məşqçi Volkan Dəmirəlin “Yerli Haaland” adlandırdığı hücumçu Bərtuğ İldırımı da icarə siyahısına salıb. “Fənərbağça” və “Qalatasaray”ın da maraqlandığı 20 yaşlı futbolçunun transferində yeni gəlişmə olub.

Superliqa komandalarından”Antalyaspor” da onu əldə etmək üçün hərəkətə keçib. Tərəflər gənc istedadın icarəsində böyük ölçüdə razılaşıblar.

Həmin kateqoriyadan