- Baxış sayı: 48
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 568
- Avqust 12, 2026
- 0

2022/2023 mövsümünü çempion tamamlayan “Qalatasaray” ilk ayrılığı açıqlayıb.
Allsort.az xəbər verir ki, “aslanlar” Bafetimi Qomislə yollarını ayırıb. Bu barədə klub sosial şəbəkələrdə paylaşım edib.
37 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti artırılmayıb.
Bafetimbi Qomis 2022-ci ilin fevral ayında “Əl Hilal”dan “Qalatasaray”a keçmişdi. Fransalı Türkiyə klubunun heyətində son mövsümdə keçirdiyi 28 matçda 10 qol və 3 məhsuldar ötürmə edib.