“Qalatasaray”ın baş məşqçisi azərbaycanlılara təşəkkür edib

Oqan Buruq paylaşdığı video ilə zəlzələnin ilk anından yardım göndərən Azərbaycan xalqına təşəkkür edib.

Allsport.az saytı xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi mesajında ​​”Bütün azəri qardaşlarımızı yanımızda görməkdən çox xoşbəxt olacağıq. İki dövlət, bir millət olaraq bu çətin gündə dəstəyiniz bizim üçün çox önəmlidir. Hamınıza təşəkkür edirəm” deyib.

Türkiyə superliqasında görüşlər dayandırılıb və gələn ay bərpa olunacaq. İstanbul klubu 22 oyundan 54 xalla yarış cədvəlində 1-ci yerdədir.

Həmin kateqoriyadan