- Baxış sayı: 41
- 25 İyun 2026 04:08
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

“Beşikdaş” baş məşqçisi Rıza Çalımbayla yollarını ayırıb.
Allsport.az xəbər verir ki, bu, İstanbul təmsilçisinin evdə “Alanyaspor”a 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra baş verib.
O, noyabrın 10-da komandanın sükanı arxasına keçib və “qara qartal”ı 7 oyuna çıxarıb. “Ağ-qaralar” bu matçlarda 3 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıblar.
Qeyd edək ki, “Beşikdaş” 16 oyundan sonra 26 xalla beşincidir.