“Qarabağ-2” darmadağınla qalib gəldi, “Qəbələ-2” uduzdu

Azərbaycan 1-ci divizionunda 8-ci turun oyunları davam edir. 

Allsport.az xəbər verir ki, 2-ci oyun günündə 3 qarşılaşma keçirilib.

“Qaradağ Lökbatan” MOİK-lə oyunda minimal hesabla üstün olub. “Qarabağ”ın əvəzediciləri “Zirə”nin ikinci komandasına 6 cavabsız qolla qalib gəlib. “Qəbələ”nin əvəzediciləri isə evdə “Zaqatala”ya məğlub olub.

Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.

1-ci divizion

8-ci tur

17 noyabr

Qəbələ-2 – Zaqatala 1:3

Qollar: Aqil Nəsibov, 37 – Roini İsmayılov, 63. Xəlil Bəşirov, 74. Əsədulla Heydərov, 89.

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Asiman Əzizli, Namiq Bəkirov

Qəbələ şəhər stadionu (ehtiyat meydança)

“Qaradağ Lökbatan” – MOİK – 1:0

Qol: Sabir Allahquliyev, 41.

Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Ruslan Quliyev, Səbuhi Bayramov

Lökbatan olimpiya idman kompleksinin stadionu

“Qarabağ-2” – “Zirə-2” – 6:0

Qollar: Əli Nəcəfli, 12. Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 45+1. Nəriman Axundzadə, 70. Şirxan Həsənzadə, 75. Ruslan Bayramov, 84.

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov

Binə qəsəbə stadionu.

18 noyabr

“Sumqayıt-2” – “Səbail-2”

Hakimlər: Rauf Allahverdiyev, Teymur Teymurov, Kərim Zeynalov, Emin Əliyev

Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30

“Neftçi-2” – “Keşlə-2”

Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Elmin Süleymanov, Əli Əliyev

“Neftçi”nin bazası (4-cü meydança)

16 noyabr

“Kəpəz” – “Turan Tovuz” – 2:1

Qollar: Vüsal Məsimov, 35. Cavid İmamverdiyev, 76 – Sadiq Şəfiyev, 45.

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Qəzənfər Məmmədov, Tural Qurbanov

Gəncə şəhər stadionu

Həmin kateqoriyadan