“Qarabağ-2″nin futbolçusunun səhhətindəki problemlərə görə oyun təxirə salınıb

Allsport.az xəbər verir ki, “Qarabağ-2” komandasının dünən keçirilən məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemlər yaranıb. “Qarabağ-2” komandası xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi səbəbindən 1-ci divizionun 26-cı turunda “Kəpəz-2”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı peşəkar futbol liqasına rəsmi müraciət edib.

“Qarabağ-2” komandasının müraciəti, “Kəpəz-2” komandasının razılığını nəzərə alan peşəkar futbol liqasının İdarə heyətinin qərarı ilə 26 aprel tarixində baş tutmalı olan “Kəpəz-2” – “Qarabağ-2” görüşü təxirə salınıb. Oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Həmin kateqoriyadan