- Baxış sayı: 33
- 22 İyun 2026 14:00
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

Premyer liqasının 20-ci turunda 2 futbolçu “Qarabağ”da debüt edib. Allsport.az saytı xəbər verir ki, bununla da Ağdam klubunda Azərbaycan çempionatında oynayanların sayı 300-ü keçib.
“Azərsun arena”da “Şamaxı” ilə ev qarşılaşmasında (3:1) yeni legionçular – Adama Diakabi və Redon Cica bu rəqəmi 301-ə çatdırıb. Onların hər ikisi eyni vaxtda əvəzetmədən oyuna daxil olub.
“Köhlən atlar” bu göstəricidə 4-cüdür. “Neftçi”, “Kəpəz” və “Şamaxı”da rəqəm daha yüksəkdir.