- Baxış sayı: 31
- 05 Fevral 2023 18:35
- Baxış sayı: 28
- Fevral 06, 2023
- 0
“Qarabağ” heyətinə daha bir futboulçu qata bilər. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi Fransa “Dijon”unun futbolçusu Yassin Benziaya 2,5 illik müqavilə təklif edib.
Bu barədə “L’equipe” nəşri məlumat yayıb. Bildirilir ki, 29 yaşlı yarımmüdafiəçi ilə “Qarabağ” arasında danışıqlar müsbət istiqamətdə gedir və onlar sözləşmə imzalaya bilər.
Əlcəzairli futbolçu Fransada “Lion”, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbağça”, “Hatayspor” kimi komandalarda çıxış edib.