“Qarabağ”a danışılmış oyunlarla bağlı seminar

Bu gün Tofiq Bəhramov adına respublika stadionunda 1-ci divizionda çıxış edən “Qarabağ”ın əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allsport.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun  haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Toplantı iştirakçılarına idman yarışlarının manipulyasiyası haqqında konvensiya, cinayət məcəlləsinə, bədən tərbiyəsi və idman haqqında Azərbaycan qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də intizam komitəsinin intizam məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib.

Həmin kateqoriyadan