“Qarabağ”a lazım olmayan futbolçu Türkiyə klubunda

“Qarabağ”ın sabiq futbolçusu Con Delarj Türkiyəyə qayıdıb.

Allsport.az xəbər verir ki, I Liqa təmsilçisi “Boluspor” Çex respublikasının “Dinamo Çeske-Budeyovitse” klubundan konqolu hücumçunu transfer edib. Forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb. 29 yaşlı futbolçunun aylıq maaşı 15 min avro olacaq. Delarj hər oyun üçün əlavə 4,5 min avro bonus alacaq.

Hücumçu ötən mövsüm “Qarabağ”da 10 oyuna 2 qol vurub. O, “Bursaspor”dan Ağdam klubuna keçmişdi.

Həmin kateqoriyadan