- Baxış sayı: 15
- 10 Noyabr 2026 11:18
- Baxış sayı: 246
- Noyabr 09, 2026
- 0

“Qarabağ” ciddi itki ilə üzləşib. Allsport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Xayme Romero premyer liqanın 19-cu turunda “Zirə” ilə qarşılaşmada zədələnib.
64-cü dəqiqədə əzələsini dartan futbolçu oyunu davam etdirə bilməyib. Onun əvəzinə meydana Abdullah Zubir daxil olub.
İspaniyalı futbolçu qarşılaşmada ilk qolun müəllifi olub.