- Baxış sayı: 46
- 05 Noyabr 2026 23:54
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İngiltərənin “Bornmut” klubu mövsümün ilk yarısını Azərbaycan çempionu “Qarabağ”da keçirən Əsmir Beqoviçi bu dəfə İtaliyanın “Milan” klubuna icarəyə verib.
Allsport.az xəbər verir ki, Ağdam klubu sosial şəbəkə hesabında bosniyalı qapıçıya xidmətlərinə görə təşəkkür edib:
“İtaliyanın ən titullu klubuna getmək üçün bizi seçdiyinə görə təşəkkürlər və uğurlar, Asmir Beqoviç!”
Media xidmətinin təşəkkür mesajına klubun sadiq azarkeşləri də qoşulub. Onlar 32 yaşlı qapıçıya gələcək karyerasında uğurlar arzulayıblar.
Beqoviç “Qarabağ”da 17 oyun keçirib. O, “Milan”la mövsümün sonuna qədər müqavilə imzalayıb.