- Baxış sayı: 31
- 14 May 2025 23:27
- Baxış sayı: 82
- May 13, 2025
- 0
“Qarabağ” Azərbaycan kubokunda yeni rekorda imza atıb.
Allsport.az xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0. Bununla da 12-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub.
Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də – 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24 mövsümlərində kuboku qazanıb. Üç dəfə – 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda uduzub.