“Qarabağ”ın keçmiş futbolçusu karyerasını başa vurdu

“Qarabağ”ın keçmiş futbolçusu Miçel karyerasını bitirib. Allsport.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçinin formasını geyindiyi “Marino” klubu məlumat yayıb. Xəbərdə Miçelin zədə səbəbindən futbolçu karyerasını sonlandırdığı bildirilib.

Karyerası ərzində İspaniyada “Sportinq” (Xixon), “Xetafe”, İsrialdə “Makkabi” (Hayfa), İngiltərədə “Birmingem” kimi klublarda çıxış edən Miçel, 2015-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb. 36 yaşlı ispan futbolçu Ağdam klubunda 155 matçda meydanda olub və 25 qola imza atıb.

Yarımmüdafiəçi ötən ilin oktyabrında “Marino” klubuna keçib.

Həmin kateqoriyadan