- Baxış sayı: 31
- 20 Mart 2023 11:27
- Baxış sayı: 25
- Mart 20, 2023
- 0
Heyətini gücləndirmək üçün səfərbər olan “Qarabağ” qapıçı axtarışını davam etdirir. Allsport.az-ın məlumatına əsasən, Ağdam təmsilçisi “Bayer”in (Leverkuzen) qapıçısı Andrey Lunyovu transfer etmək üçün çalışır.
Almaniya klubu Fransanın “Reyms” klubundan 26 yaşlı qapıçı Patrik Pentsi transfer etdiyi üçün rusiyalı qolkiperin “Qarabağ”a yolu bir az da açılıb.
Transfer pəncərəsi fevralın 9-u bağlanır. Lakin UEFA-nın oyunları üçün sifariş ərizəsini təqdim edilməsi üçün isə 4 gün vaxt qalıb. Bu səbəbdən Ağdam klubu 4 gün ərzində qapıçı almağa çalışacaq.
32 yaşlı Lunyov 2021-ci ildə “Zenit”dən “Bayer”ə keçib.