“Qarabağ”la “Zirə”nin əvəzedicilərinin görüşü təxirə salınıb

“Qarabağ-2” klubu peşəkar futbol liqasına müraciət edib. Allsport.az saytı xəbər verir ki, əsas heyətin 6 üzvünün 19 yaşadək millinin heyətdə təlim-məşq toplanışında olduğunu əsas gətirən klub “Zirə-2” ilə 15-ci turda keçiriləcək matçın təxirə salınmasını xahiş edib.

“Zirə” klubunun razılıq  və AFFA-dan daxil olan  təsdiq məktubunu nəzərə alan PFL aşağıdakı qərarı qəbul edib:

I divizionun 15-ci turunun 14 fevral 2019-cu il tarixində keçirilməli olan “Qarabağ-2” – “Zirə-2” matçı ehtiyat gün olan 4 mart 2019-cu il tarixinə keçirilsin.

Həmin kateqoriyadan