“Qaradağ Lökbatan” klubuna “Danışılmış oyunlar”la bağlı seminar

Bu gün 1-ci divizionda mübarizə aparan “Qaradağ Lökbatan” klubunun əsas komandasının üzvlərinə “danışılmış oyunlar”la bağlı seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Məşğələdə “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib.

İdman yarışlarının manipulyasiyası haqqında konvensiya, Azərbaycan cinayət məcəlləsinə, bədən tərbiyəsi və idman haqqında Azərbaycan qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də intizam komitəsinin intizam məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Həmin kateqoriyadan