FOTO
Qazi futbolçunun əməliyyata ehtiyacı var. Aidiyyatı qurumlar hara baxır?

Müzəffər ordumuzun şanlı qələbəsi ilə yekunlaşan 44 günlük 2-ci Qarabağ müharibəsində bir çox idmançılarımız da iştirk etdi. Allsport.az saytı xəbər verir ki, onlar arasında qəhrəmanlıqla şəhid olanlar da oldu, yaralanaraq qazi olanlar da. Həmin idmançılar sırasında futbolçular da öz Vətən borclarını ləyqaətlə yerinə yetirdilər.

Rekord.az-ın məlimatına görə, həmin futbolçulardan biri də Yunis Abbaslıdır. O, futbolla peşəkar səviyyədə məşğul olub. 2013-15-ci illərdə “Xəzər Lənkəran”ın, 2015-18-ci illərdə “Qarabağ”ın, 2018-19-cu illərdə “Sabah”ın və 2019-cu ilin aprelinə kimi MOİK-in şərəfini qoruyub. Müharibənin ilk günlərindən fəal şəkildə döyüşlərdə iştirak edib və xüsusi təyinatlı dəstənin tərkibində Kəlbəcər, Cəbrayıl və Füzuli uğurunda gedən döyüşlərdə şücaətlə iştirak edib.

Füzulinin işğaldan azad olunmasında yaxından iştirak edib və məhz həmin döyüşlərdə başından ağır yaralanıb. Hazırda Mərdəkan reabilitasiya mərkəzində müalicə alsa da onun təcili əməliyyata ehtiyacı var. Çünki aldığı zədə çox ağırdı və baş qapağı ciddi zədələnib. Eyni zamanda qurşaqdan aşağı hissəsi də işləmir. Lakin çox böyük ümidlər var ki, əməliyyatdan sonra səhhətində ciddi irəliləyiş ola bilər:

Lənkəran şəhəri Vağzal  küçəsi 6-da qeydiyyatda olan Yunisə dəstək olmaq istəyənlər 050 622 50 42 nömrəsi ilə əlaqə saxlaya bilər. 

Həmin kateqoriyadan