Qeyri-adi “tamaşaçılar” Ronaldunun pokerini azarkeşlərlə tribunadan izləyiblər

Cümə axşamı “Əl-Nəsr”“Əl-Vəhda” komandaları arasında matçda portuqaliyalı hücumçu Kriştianu Ronaldu Ərəbistan torpağında ilk pokerinə nail olub. Allsport.az saytı xəbər verir ki, qarşılaşmanı izləməyə 27 minə yaxın insan gəlib və stadionun tutumu 38 min nəfərdir. Ən möhtəşəm liqa üçün heç də pis deyil. Çox güman, ulduz futbolçunun sayəsindədir.

Lakin tribunada təkcə insanların olmadığı üzə çıxıb. Sosial şəbəkələrdə stadionun ətrafına çəyirtkə dəstələrinin səpələndiyini əks etdirən fotolar yayılıb. Bildiyiniz kimi, çəyirtkə hücumu 8-ci Misir bəlasıdır, amma bizim dönəmdə hər şey Səudiyyə Ərəbistanında baş verib. Hər il bu ölkə bütöv tarlaları yeyə bilən, insanları azuqədən məhrum edən bu həşərat dəstələri ilə qarşılaşır. Lakin çəyirtkə özü insan üçün zərərsizdir və dişləmir.

Həmin kateqoriyadan