Qılıncoynadanımız məharətini İtaliyada da göstərib

İtaliyanın Padua şəhərində qadın sablyaçıların qran-prisi sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışın 1 nömrəli reytinq favoriti Anna Başta özünü doğruldub. 5 parlaq qələbə qazanan qılıncoynadanımız qalib olub.

Millinin öncülü cari ildə Bolqarıstanın Plovdiv şəhəri və Yunanıstan paytaxtı Afinada dünya kubokunun mərhələlərində qızıl medal qazanıb. O, hazırda qadın sablyaçıların dünya reytinqində 4-cü sıradadır.

Həmin kateqoriyadan