Qılıncoynadanımız yarımfinalda uduzdu

Qılıncoynatmanın şpaqa növü üzrə milli komandamızın üzvü Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq Baltik kubokunda bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, 20 yaşadək kişi şpaqaçıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan qılıncoynadanımız bu mərhələdə latviyalı həmkarı Aleksey Malinovskiyi 15-12 hesabı ilə məğlub edib. Vahabın 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. Şpaqaçımız bu dəfə Nikita Aniskoya 15-6 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15-14 hesabı ilə üstələyib. Bürünc medalı təmin edən Vahab Fətullayev finalın bir addımlığında Estoniya şpaqaçısı Marek Puhma 13-14 hesabı ilə uduzub.

Həmin kateqoriyadan