Qılıncoynadanlarımız dünya kubokunun əsas mərhələsinə yüksəliblər

Budapeştdə start götürən qılıncoynatma idmanının sablya növü üzrə dünya kubokunda qadın iştirakçıların şəxsi yarışında təsnifat mərhələsinin görüşləri keçirilib. Allsport.az xəbər verir ki, təmsilçilərimizdən qrup mərhələsində keçirdiyi altı görüşdən beşində qələbə qazanan Anna Başta turnirin əsas mərhələsinə birbaşa vəsiqə qazanıb.

Anna Başta 1/32 finalda macarıstanlı Kira Keszei ilə qarşılaşacaq.

Qrupda keçirdiyi beş görüşdən üçündən qalib ayrılan Valeriya Bolşakova da əsas mərhələyə yüksəlib. Bolşakova 1/32 finalda Rusiya qılıncoynadanı Olqa Nikitina ilə üz-üzə gələcək.

Qrup mərhələsini üç qələbə ilə başa vuran Sevil Bünyatova və Səbinə Kərimova isə təsnifatın pley-off mərhələsində mübarizəni dayandırıb.

Həmin kateqoriyadan