Qılıncoynadanlarımız “fironlar ölkəsi”ndə

Qılıncoynatma millimiz aprelin 3-dən 11-dək Qahirədə keçiriləcək yeniyetmə və gənclərin dünya birinciliyində iştirak edəcək. Allsport.az xəbər verir ki, sablya növündə Murad Əkbərov, Maqsud Hüseynli və Saleh Məmmədov şəxsi yarışda, eyni zamanda gənclərin komanda yarışında çıxış edəcəklər.

Zərifə Hüseynova şəxsi, Aysel Əhədova isə yalnız gənclərin şəxsi yarışında mübarizə aparacaq.

Şpaqada Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərov gənclərin şəxsi və komanda yarışında iştirak edəcək. Fuad Qurbanov isə yeniyetmə şpaqaçıların şəxsi yarışında debüt edəcək.

Nazilə Rəhimova, Alfiya Abdinova, Azərin İdriszadə isə yeniyetmə və gənclərin şəxsi, bundan əlavə gənclərin komanda yarışında ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan