Qılıncoynadanlarımız Türkiyədə 2 medal qazandı

Türkiyənin Qocaeli şəhərində qılıncoynatma üzrə beynəlxalq yarış keçirilib. Allsport.az xəbər verir ki, 13-14 dekabrda baş tutmuş turnirdə 23 ölkədən şpaqa və rapiraçılar iştirak edib. Bu rəqabətdə ev sahibi Türkiyə, Azərbaycan, Braziliya, Argentina, Avstriya, İtaliya, Makedoniya, Sloveniya, Küveyt, Belarus, Türkmənistan və Gürcüstan komandaları iştirak ediblər.

Azərbaycanın 10 idmançısı – 5-i kişi, 5-i qadın şpaqaçı iştirak edib. Onlardan 7-si “Gömrük”, 3-ü “Fencing” klubunun üzüvləridirlər. 52 kişi arasından Əliyev Kənan 9 qələbədən sonra yarımfinalda italiyalı D`andrassi Edoardoya uduzaraq gümüş medala sahib olub. İtaliyalı yarışmaçı finalda Nəsibov Vəkilə qalib gəlib. Nəsibov Vəkil bu yarışmanın bürünc medalına sahib olub. Hər iki yarışmaçı “Gömrük” klubunun üzvləridir.

47 qadın arasında Hüseynova Samira 5 qələbədən sonra 11-ci yerə, Xudaverdiyeva Elmira 3 qələbədən sonra 20-ci yerə sahib çıxıb. Hər iki qılıncoynadan “Gömrük” klubunun idmançısıdır.

 

Həmin kateqoriyadan