Qılıncoynatma üzrə gənclərin Bakı birinciliyinə yekun vurulub

Qılıncoynatma üzrə gənclər arasında Bakı birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, texniki universitetinin idman sarayında 2002-2009 təvəllüdlülər arasında qaliblər müəyyənləşib.

Sablya – Oğlanlar (16 iştirakçı) – 1.Saleh Məmmədov, 2.Murad Əkbərov, 3.Maqsud Hüseynli, Ayxan Xasıyev.
Qızlar (16 iştirakçı) – 1.Zərifə Hüseynova, 2.Sofiya Mamina, 3.Sara Aydəmirova, Fidan Quliyeva.

Şpaqa – Oğlanlar (18 iştirakçı) – 1.Barat Quliyev, 2.Kənan Məlikzadə, 3.Fuad Qurbanov, Cəmil Hidayətov.
Qızlar (19 iştirakçı) – 1.Nazilə Rəhimova, 2.Xədicə Həsənli, 3.Azərin İdriszadə, Dilək Məmmədova.

Rapira – Oğlanlar (18 iştirakçı) – 1.Məhəmməd Nuriyev, 2.İsmayıl Ələkbərzadə, 3.Timur Hüsnəddinov, Ramal Cəfərzadə.
Qızlar (11 iştirakçı) – 1.Ameliya Məmmədova, 2.Kamilla Məmmədova, 3.Fidan Hüseynova, Əminə Sadıqova.

Azərbaycan Qılıncoynatma Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.

Həmin kateqoriyadan