Qılıncoynatmamızda ilk: sablyaçı Zərifə Hüseynova dünya birinciliyində debütdə 3-cü yer tutdu

Qahirədə qılıncoynadanların dünya birinciliyi davam edir.

Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə yeniyetmə sablya millimizin üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran idmançımız 1/16 finalda yerli Adel Əldokşa (15:8), ardınca özbəkistanlı Jasmina Abdullayevanı (15:11) məğlub edib. 1/4 dinalda koreyalı Li Yunseo üzərində 15:6 üstələyən Zərifə, bürünc medalı özünə təmin edib.

O, yarımfinalda dünya birinciliyinin qalibi ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub. Bu Azərbaycanın qılıncoynatma tarixində sablya üzrə yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.

Öncə şpaqaçımız Ruslan Həsənov 2019-cu ildə Polşanın Torun şəhərində eyni yarışda həmin nəticəni göstərib.

Həmin kateqoriyadan