“Qırmızı-qaralar”da 2 itki

“Qəbələ” Azərbaycan kubokunun ilk yarımfinal matçına itkilərlə çıxacaq.

Allsport.az xəbər verir ki, Asif Məmmədov və Ülvi İsgəndərov “Zirə”yə qarşı forma geyinə bilməyəcəklər.

“Qəbələ” bu gün son məşqini keçirib. Komandanın iki futbolçusu hazırlıqdan kənarda qalıb. Asif Məmmədov və Ülvi İsgəndərov bərpa prosesi keçdiyindən sabahkı oyunu kənardan izləyəcəklər.

“Zirə” – “Qəbələ” qarşılaşması saat 19:00-da start götürəcək.

Həmin kateqoriyadan