- Baxış sayı: 43
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 566
- Avqust 12, 2026
- 0

“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə üz-üzə gəlib.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilən görüş “Qəbələ”nin üstünlüyü ilə keçib. Dörd cavabsız qol vuran “Qəbələ” səfərdəki yoxlama matçından qalib ayrılıb. Meydan sahiblərinin qapısına Ruslan Voronsov, Domi Jaures, Sənan Ağalarov və Mehrac Baxşalı yol tapıblar.
Bu, “qırmızı-qaralar”ın yoxlama oyunlarında ardıcıl 3-cü qələbəsi olub. Küveyt təmsilçisi “Əl-Yarmuk”la heç-heçə (2:2) edən komanda “Zaqatala” (2:0) və “Cəbrayıl”a (5:2) da qalib gəlib.