“Qırmızı-qaralar”ın “qartallar”la 20-ci dueli

Bu həftə premyer liqada 2020/21 mövsümü start götürəcək.  “Zirə” çempionata Qəbələdə səfər matçı ilə başlayacaq. Allsport.az xəbər verir ki, bu, iki komanda arasında premyer liqa çərçivəsində 20-ci oyun olacaq.

“Qartallar” ilk dəfə 2015-ci ildə qarşılaşdığı rəqiblə çempionatda 19 dəfə üz-üzə gəlib. Bu qarşılaşmalarda 4 qələbəsi olan “Zirə” 8 dəfə meydandan bir xalla ayrılıb. 7 oyunda isə qələbəni “Qəbələ” əldə edib. 40 qolun vurulduğu görüşlərdə 16 dəfə fərqlənən futbolçular 24 top buraxıb.

Əvvəlki 19 görüşdə “Zirə”nin 11 üzvü qol sevinci yaşayıb. Onlardan beşi rəqib qapısına iki dəfə yol tapıb. Bunlar İlkin Muradov, Sadio Tounkara, Milan Duriç, Nelson Bonilya və Viktor İqbekoyidir. Nelson dubl müəllifi olubsa, digərləri iki fərqli qarşılaşmada qol vurub. “Qəbələ”nin qapısına digər topları isə 6 fərqli oyunçu keçirib.

10-cu dəfə rəqib meydanına yollanacaq komanda 1 dəfə qalib gəlib. Hesabında 4 heç-heçə olan “Zirə” eyni sayda qarşılaşmadan xalsız ayrılıb. Səfərdə 6 qola sevinən komanda qapısında 11 top görüb.

Həmin kateqoriyadan