Qitə çempionatında yenildilər

Estoniyanın paytaxtı Tallində keçirilən gənclərin Avropa çempionatına yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, son yarış günündə Xədicə Həsənli, Nazilə Rəhimova, Azərin İdriszadə və Aynur Quliyevadan ibarət şpaqa millimiz ilk görüşdə Finlandiya yığmasına 45:28 qalib gəlsə də, ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İsraili seçməsinə 29:45 uduzub.

Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət sablya üzrə komandamız ilk görüşdə Macarıstan yığmasına 31:45 hesabı ilə yenilib.

Həmin kateqoriyadan