“Qızlar bacarır”

AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində Bakı və ətraf rayonlarda məktəb şagirdləri üçün qızlardan ibarət millinin futbolçularının iştirak etdiyi “Məktəblərdə danışıq seminarları” davam etdirilir.

Allsport.az saytı xəbər verir ki, növbəti belə tədbir mayın 21-də paytaxtın 65 nömrəli orta məktəbində təşkil edilib.

U-19 yığmasının üzvü Elvira Əskərzadə öz fəaliyyəti, futbola gəlişi və uğurları barədə şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Həmin kateqoriyadan