“Qol imkanlarından istifadə edə bilmədik”

“Turan Tovuz” premyer liqanın 20-ci turunda səfərdə “Sumqayıt”a 1:2 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov açıqlama verib:

“Sürətli oyun oldu. Hər iki komandanın azarkeşləri oyuna gözəllik qatdılar. Uzun yol qət edib burada bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkürümü bildirirəm. Oyun baxımından futbolçularımdan razı qalsam da xırda səhvlər məğlub olmağımıza səbəb oldu.

Qol imkanlarından istifadə edə bilmədik. 3,4 real qol imkanımız oldu. Sevindirici haldır ki, futbolçularda irəliləyiş var. Daha çox işləməliyik, oyun baxımından artırmalıyıq. İnşallah gələn oyunlarda xal ehtiyatımızı artıracağıq”.

Həmin kateqoriyadan