“Əlimizdə olan 5-6 futbolçu ilə 15 günü keçirəcəyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 20-ci turunda “Sabah”a qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, əvvəlcə qələbəni şərh edib:

“Futbolçularımı təbrik edirəm, vacib qələbə idi. Bir az gərginlik, bir az yorğunluq var idi. Hər bir futbolçudan razı qaldım. Komanda get-gedə daha inamlı və güclü oynamağa başlayırdı. İndi fasilə olacaq. Ola bilər ki, futbolçular bu fasilədə əvvəlki formalarından uzaqlaşsın. Əlimizdə olan 5-6 futbolçu ilə 15 günü keçirəcəyik”.

Həmin kateqoriyadan