- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Türkiyənin “Xəbər Qlobal” telekanalı Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ı ziyarət edib. Allsport.az saytının məlumatına görə, həmkarlarımız Qurban Qurbanovdan müsahibə alıb. Baş məşqçimiz hədəflərdən danışıb: “Konkret məqsədim yoxdur. Hər il daha yaxı çıxış etməyə, uğur qazanmağa köklənmişəm”.
Təcrübəli mütəxəssis Azərbaycan və Türkiyə arasında futbolçu transferlərinin azlığından söz açıb: “Bu ciddi problemdir. Azərbaycanlı futbolçuların legionçu həyatı yaşaması problemdir. İstəyərəm ki, bizim oyunçular Türkiyə super liqasında iştirak etsin. Çünki səviyyə yüksəkdir”.
Mütəxəssis, Türkiyə millisinə və “Beşikdaş”a azarkeşlik etdiyini bildirib: “Türkiyədəki matçları izləyirəm. Milli komandaya daha çox azarkeşlik edirəm. Klublardan isə “Beşikdaş”ı dəstəkləyirəm”.