Qurban Qurbanov: “Fasilədən sonra da bizə asan olmadı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 19-cu turunda “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, matçı belə şərh edib:

“Vacib oyunda qələbə qazandıq. Hər 2 komanda istəkli idi. Baxmayaraq ki, ilk hissədə hesabda 2:0 öndə olduq, amma fasilədən sonra da bizə asan olmadı. Futbolçular sona qədər düzgün oynamağa çalışdılar. Oyun və nəticədən razı qaldım.

Komandaların oyun tempini aşağı salmaması bu qarşılaşmada müsbət məqam idi. Futbolçularımızın bu matçdakı istək və mübarizəsinin bizə gələcək oyunlarda da kömək olacağını düşünürəm. “Zirə”yə növbəti oyunlarda uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan