Qurban Qurbanov: “Komandamın yorulduğunu bu gün tam hiss etdim”

Azərbaycan kubokunun 1/4 finalının ilk oyununda “Qarabağ” öz meydanında “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, görüş sonrası mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu söyləyib:

“Ağır oyun oldu. “Sumqayıt” matça çox yaxşı hazırlaşmışdı. Komandamın yorulduğunu bu gün tam hiss etdim. Bununla belə, futbolçularıma təşəkkür edirəm. Lazım olan anda sürəti artırdılar. Kubok görüşləri fərqlənir.

“Sumqayıt” da bunu bizə hiss etdirməyi bacardı. Cavab matçı var, həmin görüşün daha ağır olacağını təsəvvür edirəm. Az vaxtımız olsa da, futbolçuları həmin qarşılaşmaya hazırlamağa çalışağıq”.

Həmin kateqoriyadan