- Baxış sayı: 44
- 10 Avqust 2026 20:02
- Baxış sayı: 44
- Avqust 10, 2026
- 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları (ilk oyun 2:1) matçdan sonra bunu söyləyib:
“Sumqayıt”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Özümüzə gəldikdə, həmişı kubok oyunlarına ehtiyat etmişəm. Futbolçuların üzərinə çox getmədim.
Öncədən dediyim kimi, komandada yorğunluq var. Bu il bizim üçün ağır oldu, uğurlu nəticələrimiz oldu. Məğlub olduq. Qalibə uğurlar arzulayırıq”.