Qurban Qurbanov PFL-dən gileyləndi: Günorta saatlarında oyunların keçirilməsi düzgün deyil

“Qarabağ” premyer liqanın 21-ci turunda səfərdə “Kəpəz”lə görüşdə xal itirib – 1:1. Allsport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov təşkilatçılıqdan gileylənib. Onun sözünə görə, oyunların günorta saatlarında keçirilməsi düzgün deyil:

“Gəncədə oynamaq heç də asan deyil. İstənilən vaxt biz burada problemlə üzləşmişik. Ümumiyyətlə, günorta saat ikidə yaxşı oyun göstərmək asan deyil – özəlliklə, səfərdə. Rəqib 1 xalı haqq elədi. Xeyli qol epizodumuz oldu. “Kəpəz”in qapıçısında sanki maqnit vardı, topu daim özünə tərəf çəkirdi.

Futbolçularıma iradım yoxdur, onları çox yaşı başa düşür və anlayıram. Amma yenə qeyd edirəm: yaxşı oyun sürətli hərəkətlilikdə alınır, bu da şəraitə uyğun olmalıdır; “Turan Tovuz”la səfərdə saat ikidə, “Şamaxı” ilə saat dörddə və yenə Gəncədə saat ikidə. Həftə ortası oyunlardan sonra bərpa çox çətin olur. Düzü, bu çempionata uyğun olmayan proqramla başladıq”.

Həmin kateqoriyadan