Qurban Qurbanov: Yeni transferlərin komandaya tez uyğunlaşması işin xeyrinədir

“Qarabağ” premyer liqasının 20-ci turunda öz meydanında “Şamaxı”ya 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bunu söyləyib:

“Bu gün istədiyimiz hazırlıq səviyyəsində deyilik. Zamanla, bunu həll etməyə çalışacağıq. Qız fasiləsində daha 2 aparıcı futbolçumuz komandanı tərk etdi, əsas qapıçımız uzun müddətə sıradan çıxdı. Bu üzdən, heyətə yeni qoşulan legionçuları “Şamaxı” ilə görüşdə meydana buraxdım.

Onlar nə qədər tez komandaya alışsalar, bir o qədər bizə xeyirdir. Fevralın 2-nə qədər sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi bitirməyə çalışacağıq. Konfrans liqasında bacardıqca irəliləmək üçün, yenə güclənməyə ehtiyacımız var”.

Həmin kateqoriyadan